Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Aktual / Bakıda iqtidar-müxalifət görüşü başladı – Arif Hacılı gəlmədi

Bakıda iqtidar-müxalifət görüşü başladı – Arif Hacılı gəlmədi

Bakıda hakim Yeni Azərbaycan Partiyasının da (YAP) iştirakı ilə siyasi partiyalar, media və vətəndaş cəmiyyətinin nümayəndələri “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirirlər.

“Qafqazinfo” xəbər verir ki, YAP-ı partiyanın sədr müavini – icra katibi Əli Əhmədov təmsil edir.

Tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Eldar Namazov və bir sıra ictimai şəxslər iştirak edir.

Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, dəyirmi masaya qatılmayıb.

Tədbirə moderatorluq edən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, tədbirə təşkilatçılığı özü edib: “Mən tək AXCP- dən başqa bütün siyasi partiyalara iştirakla bağlı dəvət göndərmişəm”.

Həmçinin oxuyun

BAKIDA ƏSGƏR MƏZARLIĞI SALINIR! – Müdafiə naziri təsdiq etdi…

Bakıda, İkinci Fəxri Xiyabanın yaxınlığında yeni şəhidlər xiyabanının salınması barədə məsələyə aydınlıq gətirilib. “AzPolitika” xatırladır ki, …