Ana səhifə / Aktual / Bakıda “İnnofest” olacaq – İnternetin yaradıcısı da gəlir

Bakıda “İnnofest” olacaq – İnternetin yaradıcısı da gəlir

Azərbaycanda ilk dəfə “İnnovasiya Festivalı” (“İnnofest”) keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, NəqliyyatRabitə və Yüksək Texnologiyalar, Təhsil Nazirlikləri, bir çox dövlət qurumu və “Azərcell” şirkəti ilə birgə keçirilən festival 29 may-4 iyun tarixlərində baş tutacaq.

 “Yüksək Texnologiyalar Parkı”nın direktoru Tural Kərimlinin sözlərinə görə, ölkəmizdə startap hərəkatının formalaşdırılması, yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması məqsədilə təşkil olunan “İnnoFest” çərçivəsində bir çox sammit və forumlar keçiriləcək:

“Festivalda bir çox qlobal təşkilatların, şirkətlərin, nüfuzlu şəxslərin iştirakı nəzərdə tutulur. Belə ki, forum çərçivəsində internetin yaradıcısı Tim Berners Li və dünyanın ən böyük internet şəbəkələrinin nümayəndələri spiker qismində iştirak edəcək. 

Bundan başqa, robotexnika yarışları, kiber idman turnirləri, innovasiya, startap müsabiqələri keçiriləcək ki, qalibləri pul mükafatları gözləyir”.

Festivalda qlobal tədbirlərlə yanaşı 31 may tarixində məşhur müğənni İnnanın da “Monex Caspian” sammiti çərçivəsində konsert proqramı ilə iştirakı nəzərdə tutulub.G

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …