Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Bakıda İNANILMAZ HADİSƏ: Aptekdən aldığı dərman vətəndaşda şiş yaratdı (VİDEO)

Bakıda İNANILMAZ HADİSƏ: Aptekdən aldığı dərman vətəndaşda şiş yaratdı (VİDEO)

Space Tv-də həftə sonu Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində daha bir araşdırma tamaşaçılara təqdim edilib.
Unikal.org xəbər verir ki, verilişə müraciət edən İsimxan bəy hər zaman Türkiyədən gətirdiyi dərmanı atdığını və sağaldığını bildirib. Bir müddət sonra Türkiyədən gələn dərmanın qarşısı alınır. Adam məcbur olur Bakıda Azadlıq pr. də yerləşən apteklərin birindən oxşar dərmanı alır və qəbul edir. Qısa müddət sonra həmin dərman əks təsir göstərir. Hətta onun sözlərinə görə həkimdə təsdiqləyib ki, sonuncu qəbul etdiyi dərman onda şiş əmələ gətirib.
İsimxan bəy istəyir ki, insanlar prastatla bağlı qəbul edilən dərmanlardan ehtiyyatlı olsunlar.
Daha sonra Amil Xəlil Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynovla görüşüb. Eyyub bəy də deyilənləri təsdiq edib. Hətta prastatla bərabər cinsi istəyi artıran bəzi dərmanlarında insan ömründən ömür aldığını bildirib..
Həmin anları sizə təqdim edirik. Qeyd edək ki, veriliş şənbə günü saat 18:20 də Space Tv-də Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …