Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Bakıda icra başçısı məhşur biznesmenin villasını və şadlıq sarayını sökdürdü

Bakıda icra başçısı məhşur biznesmenin villasını və şadlıq sarayını sökdürdü

Bakıda icra başçısı məhşur iş adamlarının şadlıq sarayını və villasını sökdürdü. Criminal.az saytının məlumatına görə, sökülən obyektlər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ”Tamara-Borçalı” şadlıq sarayı, ”Fantaziya” şirniyat evi və 3 mərtəbəli villadır.
Həmin şadlıq sarayı Zakir Dilənçioğluya məxsusdur. Villanın da ona məxsus oğlduğu bildirilir.
Sökülən obyektlərin yerində Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə məxsus olduğu iddia edilən tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binası tikilir. İddalar var ki, icra başçısı ilə biznesmen arasında qarşılıqlı anlaşma olub. Hətta biznesmenin ”Azərbaycan Kredit Bank”da olan külli miqdarda borcu ödənilib.
Criminal.az bildirir ki, evi və şadlıq sarayı sökülən Z.Dilənçioğlu (Bədəlov) ləğv edilmiş MTN-nin generalı Akif Çovdarovun işi üzrə zərərçəkmiş olub. Zakir Bədəlov məhkəmədə bildirmişdi ki, qohumu Zakir Mustafayevdən faizə 100 min dollar pul alıb. Aldığı pulu 125 min dollar olaraq geri qaytarıb. Onun sözlərinə görə, qohumu Zakir Mustafayev onu MTN vasitəsi ilə hədələyərək, əlavə 150 min, daha sonra isə 200 min tələb edib.



Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …