Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakıda Heydər Əliyev parkında sahibkara hücum etdilər

Bakıda Heydər Əliyev parkında sahibkara hücum etdilər

Dünən Bakıda sahibkara hücum ediblər.

Bu barədə vesti.az-a Nizami Rayon Polis İdarəsindən bildiriblər.

“Xalqlar dostluğu” metrostansiyası yaxınlığında yerləşən Heydər Əliyev parkında, təxminən saat 18.00-da Məmmədov Tural Cəfərqulu oğluna Muxtarov Abbasqulu Qəhrəman oğlu hücum edib.

Muxtarov Məmmədovun boyun nahiyəsinə küt alətlə zərbə endirib, sonra isə hadisə yerindən qaçıb.

Zərərçəkənin sözlərinə görə, Muxtarov ona 2000 manat borcu olduğunu bəyan edib. Əslində isə Məmmədovun qeyd etdiyinə görə, ona borcu yoxdur. Sadəcə Muxtarov ondan güclə bu pulu almaq istəyib.

Araşdırma zamanı Muxtarovun daha öncə “fırıldaqçılıq” maddəsi ilə məhkum olunduğu aşkar edilib.

Hal-hazırda Nizami rayon 24-cü Polis Bölməsinin əməliyyatçıları Muxtarovu axtarır.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın