Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Bakıda “Hellouin” bayramı – İslam onu yasaq edib

Bakıda “Hellouin” bayramı – İslam onu yasaq edib

“Cadügərlər günü” haqda bilinməyənlər; Kamran Əsədov: “Bu, uşaqların psixologiyasına mənfi təsir edir…”

“Hellouin” hər il 31 oktyabrda qeyd edilən müasir balqabaqlar bayramıdır. “Yeni Müsavat” xəbər verir ki, bayram Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı keltlərin adətləri əsasında hazırlanıb.

Bu bayram dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda müəyyən auditoriya tərəfindən qeyd edilir. “Hellouin” ingilis sözüdür, “bütün müqəddəslərin axşamı” adlanır və ilk dəfə XVI əsrdə səsləndirilib.

2014-cü ildə Fransanın Vandarq kommunasının meri Pyer Düdyözer cənubi Fransa kəndində 13 yaşdan böyüklərin kloun kimi bəzənməsini qadağan edib. Klounlar öz hərəkətləri ilə uşaqları, hətta böyükləri qorxutduğu üçün şəhər rəhbərliyi belə bir göstəriş verib. Bir sıra ölkələrdə qara qüvvələrin rəmzi olan müxtəlif şəkillər – hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, butaforlar qoyulur. Marketlərdə bayramın rəmzlərinə bənzəyən oyuncaqlar, uşaqların və gənclərin həmin gün geyinərək şənlənəcəyi nağıl qəhrəmanlarının xüsusi kostyumları, maskalar satılır.

Bakıda “Hellouin” bayramı - ile ilgili görsel sonucu

Bayramın əsas simvolu Cek fənəri sayılır. Cek fənəri içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur. Britaniyada orta əsrlərdə insanlar evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirmişlər. Onlar əllərində oyuq şalğam fənərlər tuturdular. Hər belə fənərlərin içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyurdular.

Digərlərinin fikrincə isə fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.

2014-cü ildə Malayziyanın Ali Dini qurumu olan Milli Fətva Şurası “Hellouin”in xristian bayramı olduğunu xatırladaraq, bayram mərasiminin ölüm və ölülər mövzusuna kökləndiyinə, bunun “Islam təlimlərinə qarşı” olduğuna görə onu qadağan edib.

Bakıda “Hellouin” bayramı - ile ilgili görsel sonucu

Həmin ildə İordaniya krallığının Daxili İşlər Nazirliyinin açıqlamasında “Hellouin” bayramının Qərb mədəniyyətinin tərəfdarları və əleyhdarları arasında gərginliyə və qarşıdurmaya səbəb olduğundan bayram qadağan edib.

“Yehovanın Şahidləri” kimi bəzi xristian dini təşkilatları “Hellouin” bayramını qeyd etmirlər, çünki onların Tanrıya məqbul olmayan, kökünün isə bütpərəstliyə çıxıb getdiyi hesab olunur.

Bakıda “Hellouin” bayramı - ile ilgili görsel sonucu

Qədim adətlərə görə, noyabrın 1-nə keçən gecə dirilərlə ölülər dünyası arasındakı sərhəd açılır və qədim xalqların əsas bayramı olan həmin gün Samheyn adlanırdı. Bütpərəst keltlər ölülərin kölgəsinin qurbanı olmamaq üçün həmin gecə heyvanların başını və dərisini geyər, evdə ocağı söndürər, öz qorxunc görkəmləri ilə kabusları qorxutmağa çalışardılar.

Təhsil eksperti Kamran Əsədov modern.az-a deyib ki, bu bayram uşaqların psixologiyasına təsir edir: ““Hellouin” bayramı zamanı valideynlər övladlarını küpəgirən qarı, iblis kimi hansısa mənfi obraza salır, hansısa qanlı, cani qorxulu personajın obrazında geyindirirlər ki, bu da onların yaş psixologiyasına uyğun deyil”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …