Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Bakıda həkimlər xəstəxanada Yeni il şənliyi keçirdilər: xəstə yaxınları etiraz etdi – AÇIQLAMA

Bakıda həkimlər xəstəxanada Yeni il şənliyi keçirdilər: xəstə yaxınları etiraz etdi – AÇIQLAMA

Bakıda xəstəxanada Yeni il şənliyi keçirilib.

Azinforum.az xəbər verir ki, bu barədə xəstə yaxınları BAKU.WS-ə şikayətlərində bildiriblər. Vurğulanır ki, Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxanada həkimlər və işçilər bayram şənliyi keçiriblər.

Qeyd edilir ki, şənlik zamanı musiqinin səsi yüksək olub. Bu da xəstələrə mane olub. Bununla bağlı şikayət etsələr də, işçilər bildiriblər ki, xəstəxananın baş həkimi Fazil Xəlilov Yeni il şənliyinin keçirilməsinə icazə verib.

Məsələyə aydınlıq gətirmək üçün xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın növbətçi həkimi Akif Xəlilov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də, xəstəxananın 5-ci mərtəbəsində, əməliyyat blokunda şənlik keçirilib.

“Həqiqətən də, bu gün işçilər kiçik şənlik keçiriblər. Bu gün əməliyyatımız olmayıb. Bu səbəbdən də, Yeni il şənliyi 5-ci mərtəbədə, “əməliyyat bloku”nda baş tutub. Xəstəxanada elə də səs-küy olmayıb. Yeni il şənliyinin keçirilməsinə xəstəxananın rəhbərliyi icazə verib. Hardasa şənlik 1 saat çəkib. Xəstələrə heç bir narahatlıq olmayıb”, – deyə Akif Xəlilov bildirib.

Həmçinin oxuyun

Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt

Vətən müharibəsinin qazisi Ağayev Kamran Şakir oğlunun həyat yoldaşı 3-cü qrup gözdən əlildir. Reportyor.info xəbər …