Bazar , Fevral 24 2019
Ana səhifə / Aktual / Bakıda güclü zəlzələ ola bilərmi? – Qurban Yetirmişli cavablandırdı

Bakıda güclü zəlzələ ola bilərmi? – Qurban Yetirmişli cavablandırdı

Məlum olduğu kimi, fevralın 5-də Şamaxı rayonunda zəlzələ baş verib. 6 bal gücündə zəlzələ episentrlə yanaşı ətraf bölgələrdə, o cümlədən Bakının bəzi rayonlarında da hiss olunub.

Bəs görəsən, bu zəlzələnin təkrarlanmaq ehtimalı varmı?

Hazırda əhalini narahat edən bu sualı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişliyə ünvanladıq. O, Musavat.com-a danışarkən bildirdi ki, hazırda heç bir zəlzələ təhlükəsi yoxdur: “Hazırda sakitlikdir, boşalmalar gedib. Zəlzələnin təkrar 6 bal gücündə təkrarlanmaq ehtimalı yoxdur”.

Zəlzələ zamanı ciddi dağıntı olmamasına toxunan Q.Yetirmişli artıq insanların bu sahədə daha bilgili və ehtiyatlı olduğunu qeyd etdi: “Artıq insanlar evlərini daha keyfiyyətli tikirlər. Ötən gün dağıntı olan hasar da keyfiyyətsiz idi və çay daşından tikilmişdi. Şükür ki, tələfat olmadı. Bakıda isə zəlzələ çox hündür mərtəbələrdə hiss olunub. Bakının şimal zonasında hiss olunub, xüsusən də 14-16-cı mərtəbələrdə yaşayanlar hiss ediblər”.

Həmçinin oxuyun

Xoşqədəm məhkəməni uddu — Nazilə Səfərli üzr istəyib təzminat ödəyəcək

Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb. Azinforum.az …