Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Bakıda güclü yanğı baş verib (YENİLƏNİB/FOTO)

Bakıda güclü yanğı baş verib (YENİLƏNİB/FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıdakı zavodda yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Azinforum.az-a verilən məlumatda bildirilir ki, iyunun 3-də Binəqədi rayonu, 7-ci mikrarayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.
ETSN-in əməkdaşları dərhal hadisə yerinə yollanıb, monitorinq və araşdırma işlərinə başanılıb. Mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək. Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.
***18.28
Bakı şəhəri, Binəqədi rayonunda zavod ərazisində təkər tullantıları yanır.
Qaynarinfo Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.
Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
***18.09
Bakıda – METAK şirkətinin anbarında güclü yanğın baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə Binəqədi rayonunda, Azadlıq prospektində, “Dərnəgül” metrostansiyasının yaxınlığında qeydə alınıb.
Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …