Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bakıda gənc xanım maşını binaya çırpdı

Bakıda gənc xanım maşını binaya çırpdı

Bakıda gənc xanım sürücü qəza törədib.

Aznews.az-ın məlumatına görə, hadisə bu gün saat 13:45 radələrində Nəsimi rayonu ərazisində yerləşən Koroğlu parkının yaxınlığında, Vaqif prospektində qeydə alınıb. 25-26 yaşlarında gənc xanım sürücü 90 FU 075 dövlət nömrə nişanlı “Peugeot” markalı minik avtomobili ilə hərəkət edərkən idarəetməni itirib. Avtomobil yaxınlıqda yerləşən binaya çırpılıb. Xanım sürücü hadisə zamanı xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

Hadisə baş verən əraziyə Post Patrul Xidmətinin əməkdaşları gəlib.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın