Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bakıda evlərin qiyməti bahalaşacaq

Bakıda evlərin qiyməti bahalaşacaq

Oktyabr-noyabr aylarında Bakıda daşınmaz əmlak bazarında qiymətlərin artacağı proqnozlaşdırılır.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, sentyabr ayında qiymətlərdə stabilləşmə olur, ancaq oktyabr-noyabr aylarında artım olur.

O qeyd edib ki, bu baxımdan sentyabr ayının yekunu qiymət artımı ehtimal edilmir, ancaq oktyabr-noyabr aylarında danşınmaz əmlak bazarında 4 faizə yaxın qiymət artımının olacağı proqnozlaşdırılır.

N.İbrahimov əlavə edib ki, həm ilkin, həm də təkrar mənzil bazarında da qiymətlərin artacağı istisna deyil.

Ekspertin sözlərinə görə, avqust ayında ilkin mənzil bazarında qiymətlər 2 faiz azalıb, təkrar mənzil bazarında isə qiymətlər 1,65 faiz artıb.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın