Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Bakıda erməni “havası”: restoranlar niyə buna imkan verir?

Bakıda erməni “havası”: restoranlar niyə buna imkan verir?

Son zamanlar Bakı restoranlarında erməni əsilli bakılı müğənni Bokanın mahnıları tez-tez səsləndirilir. Bir çox ziyalının fikrincə, erməni Bokası milli toylarımızın və şənliklərimizin üzqarası olmaq əvəzinə, bəzəyinə çevrilib.
Maraqlıdır, həm bakılıların, həm də ermənilərin özününkü hesab etdiyi bu mahnıların restoranlarımızda səsləndirilməsi nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı Kult.az-a danışan xalq artisti Mənsum İbrahimov bildirib ki, öz musiqisi ilə dünyaya səs salan Azərbaycan kimi ölkədə, milli musiqisi belə olmayan bir millətin nümayəndəsinin ifa etdiyi mahnıların səsləndirilməsi yolverilməzdir:
“Azərbaycan musiqisi o qədər zəngindir ki, restoranlarımızda erməni ifaçının musiqisini təbliğ etməyə ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs öz millətinin musiqisini təbliğ etməlidir. Hər il ölkəmizə xeyli əcnəbi qonaq gəlir. Qoy, onlar da bizim musiqimizi duysun, eşitsinlər.
Ermənilər daim bizim musiqilərimizi oğurlayıblar. Çünki onların nə klassik musiqisi var, nə də mədəni ənənəsi”.
Bokanın Bakıda doğulduğu və oxuduqlarının da “bakılıların musiqisi” olmasına xalq artisti belə reaksiya verib:
“Boka Bakıda doğula bilər, amma onun ifa etdiyi küçə musiqisidir, Azərbaycan mahnısı deyil. Bu gün biz müharibə şəraitində yaşayırıq. Erməni ordusu vaxtilə Xocalı faciəsini törədib. Biz onlarla heç vaxt barışa bilmərik. Tarix göstərir ki, ermənilər heç vaxt bizə dostyana münasibət bəsləməyib. Bu hadisələr zaman-zaman təkrarlanıb”.
Xanəndə bəzi sənətçilərin “musiqi sərhəd tanımır” sözlərinə də münasibət bildirib:
“Əslində, bu, doğru fikirdir, ancaq ermənilərə aid etmək olmaz. Əlbəttə, biz tolerant ölkəyik, Avropa, Qərb, Şərq, Asiya və s. musiqilərinə açığıq, amma Ermənistandan başqa. Birdəfəlik yadda saxlamalıyıq ki, ermənilər bizim düşmənimizdir, torpağımızı işğal altında saxlayan, bizi qaçqın-köçkün edən, millətimizə qarşı yüz ildir soyqırım törədən bir millətin nümayəndəsinin oxuduğu küçə mahnısı Bakıda səslənə bilməz”.
Bəstəkar, əməkdar incəsənət xadimi, xalq artisti Faiq Sücəddinov isə bildirib ki, dünyada “erməni musiqisi” deyilən bir anlayış yoxdur:
“Bu gün erməninin ifa etdiyi bütün musiqilər oğurlanma və başqa-başqa xalqlardan götürülmədir. Ermənilər “Tello” xalq mahnısını oxuyub mənimsəyib, “Basqalı” rəqsini oynayırlar. Mənim və yüzlərlə azərbaycanlı bəstəkarın əsərini oğurlayıb, öz adlarına çıxarıblar. Erməni musiqisi, erməni ifası, erməni boğazı, erməni üslubu deyə bir anlayış yoxdur.
Bu yaxınlarda Ermənistanın baş naziri Fransanın prezidenti ilə “Basqalı” rəqsini oynaya-oynaya gecə keçirdi. Gördünüzmü, onlar bizim musiqini necə öz musiqiləri kimi təqdim etdilər?! Bu, onların xislətidir. Onlar hamının gözü qarşısında başqa xalqın, millətin musiqisinə əl qaldırıb oynadı.
Əmin olun ki, Bokanın vaxtilə ifa etdiyi “Madam papuqay” mahnısı da onların milli musiqisi deyil. Canında oğurluq olan millətin özünəməxsus nəyisə ola bilməz”.

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …