Ana səhifə / Aktual / Bakıda doğuşda körpəsini itirən ana həkimləri ittiham etdi

Bakıda doğuşda körpəsini itirən ana həkimləri ittiham etdi

“Başımın üstündə qışqıran 7-8 adam, kimin nə dediyini anlamıram, mənlə elə sərt rəftar etdilər, elə abırsız sözlər dedilər ki, bu  travmanı heç vaxt unuda bilməyəcəm. Özü də ilk hamiləliyimdə”.

Bu sözləri “Qafqazinfo”ya müraciətində vizajist Aydan İsayeva Qara Qarayevdə yerləşən 7 nömrəli doğum evində doğuş günü başına gətirilənlərdən danışarkən deyib

O qeyd edib ki, dekabrın 23-ü gecəsi saat 2-də doğuş olub: “Həkimim Gülgəz Süleymanova idi. Onunla əlaqə saxladıq, dedi ki, hələ tez olar, məni mamaça adlandırdığı Vüsalə adlı birinə tapşırdı. Bu qadın və köməkçiləri mənimlə çox pis rəftar etdilər. İki nəfər qarnımı şiddətlə sıxdı. Güc-bəlayla uşaq doğuldu. Doğulanda isə dedilər ki, bu nədir belə, gözlərinə baxın bir. Başımı qaldırıb baxanda artıq uşağı ağ dəsmala büküb apardılar. 

honda.azDaha ətraflı

Doğuşa qədər keçdiyim bütün müayinələrdə doplerdə də uşaqda hər hansı qüsur olduğu deyilməmişdi. 

Sonra məlum oldu ki, uşaq boğularaq ölüb, bunlar doğuşu vaxtında etməyiblər. Mənə yaxınlarımla əlaqə saxlamağa imkan vermədilər. Sonra öz həkimim gəlib çıxdı və dedi ki, uşaq sən demə, bədəndə 2 sutka əvvəl ölübmüş. Əgər uşaq 2 sutka əvvəl ölsəydi, zəhərlənmə verərdi. Uşaq qarnımda tərpənirdi. Onu  müayinə üçün ekspertizaya göndərdilər. Dedilər ki, cavab 1 aya çıxacaq.  İndi cavabı gözləyirik, ondan sonra lazımi addımları atacağıq”.

“Qafqazinfo” məsələ ilə bağlı ginekoloq Gülgəz Süleymanova ilə əlaqə saxlayıb. O bildirib ki, pasiyentinin xəstəxanaya gəlməyi ilə doğmağı 5 dəqiqə çəkib:

“Mənim təyyarəm də olsaydı, çata bilməzdim. Gecə 02:45-də xəstəxanaya daxil olub, saat 03:00-da doğuş olub. Bunlar hamısı kameralara düşüb.  Mən gələndə artıq doğulmuşdu. Bütün proseslər qeydə alınıb.

Orada növbətçi həkim Vüsalə İbadova olub. Onunla heç bir kobud rəftar edilməyib. Ekspertizanın rəyini gözləmək lazımdır”.

Həkim qeyd edib ki, uşaq xanımın bədənində 2 sutka yarım öncədən ölüb: “Doğum evinə daxil olanda ölümün əlamətləri var idi. Bütün dərisi soyulmuş vəziyyətdə idi.  Dəfələrlə onun yaxınlarına bunu demişik.  Pasiyentin şikayət etmək hüququ var. Anadır, birinci uşağı belə doğulub, həssasdır. 

Bəzən ölən uşaq 20 gündə bətində qalır, sonra zəhərlənmə verə bilir. Bu proses orqanizmdən asılıdır”. 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …