Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Bakıda daha bir səfirlik əməkdaşı qəzaya düşdü

Bakıda daha bir səfirlik əməkdaşı qəzaya düşdü

Bakıda Mərakeşin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib. Belə ki, H.Əliyev küçəsində Bakı sakini, 1956-cı il təvəllüdlü İsmayıl Baqvanovun idarə etdiyi Mərakeş səfirliyinə məxsus “Toyota-Camry” markalı avtomobil Xaçmaz rayon sakini, 1959-cu il təvəllüdlü İzafəddin Zeynalovun idarə etdiyi “Mitsubishi-Pajero” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki avtomobil zədələnib. Ağır xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl Rusiya Federasiyasının Bakıdakı səfirliyinin 1-ci katibi Vladimir Biryukov və 3-cü katibi Volf Sergey Vladimiroviç də qəzaya düşmüşdülər.

Onlardan bir müddət əvvəl isə İran səfirliyinin məsul əməkdaşı avtomobil qəzası keçirmişdi.

Bütün bunlar göstərir ki, son vaxtlar xarici diplomatların iştirakı ilə baş yerən yol-nəqliyyat hadisələrinin sayı artıb.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın