Çərşənbə , May 12 2021
Ana səhifə / Aktual / Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyüldü

Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyüldü

Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyülüb.
“Qafqazinfo” xəbər verir ki, bu gün saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.
İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son günlər paytaxtda avtobus sürücüləri ilə sərnişinlər arasında tez-tez belə hadisələr baş verir.

Həmçinin oxuyun

Prezidentlə xanımı Şuşaya gedir – VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada“Xarıbülbül” musiqi festivalının başlaması ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Əziz …

Bir cavab yazın