Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakıda daha bir ərəb turistin başına iş gəldi

Bakıda daha bir ərəb turistin başına iş gəldi

Yasamal rayonunda yerləşən otellərin birində oğurluq faktı baş verib

“Röyal Qrant” oteldə barda tanış olduğu qızla dincəlməyə gələn İraq Respublikasının vətəndaşı Heçhan Vadinin başına iş gəlib.

Belə ki, otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra içkinin təsirindən yuxulayan ərəb səhər açılanda pullarının yoxa çıxdığını görüb. Bu barədə 27-ci Polis Bölməsinə məlumat verən İraq vətəndaşının izahatı alınıb və araşdırmalara başlanılıb. Məlum olub ki, Heçhan Vadi mütəmadi olaraq bu otelə qız gətirsə də birinci dəfədir ki, belə hal ilə rastlaşır.

Faktla əlaqədar 27-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Bölmədən faktı təsdiqləyərək bildirdilər ki, yaxın günlərdə əcnəbinin pulunu oğurlayan qız saxlanılacaq. (olke.az)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …