Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Bakıda daha altı qız tələbə zəhərləndi

Bakıda daha altı qız tələbə zəhərləndi

Bakıda altı tələbə qız dəm qazından zəhərlənib. 

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə məlumat daxil olub. Xəzər Universitetinin tələbələri olan 6 qız Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya gətiriliblər. 

Onlar müəssisəyə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olublar. Çağırış saat 4:47 radələrində olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev prospekti 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımı tibbi yardım göstərilib. Hal-hazırda müalicələri davam edir.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında da zəhərlənmə hadisəsi baş vermişdi. İlkin ehtimala görə, qidadan zəhərlənən 1 qız tələbə ölmüş, digər ikisi isə xəstəxanaya yerləşdirilmişdi. 

Həmçinin oxuyun

“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir?

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” …