Şənbə , Aprel 20 2024
Ana səhifə / Bakıda dəhşət: ana körpəsini öldürüb zibil qutusuna atdı

Bakıda dəhşət: ana körpəsini öldürüb zibil qutusuna atdı

Körpənin meyiti üzərində ekspertiza keçirilib

Bakıda zibil qutusundan yeni doğulmuş uşaq meyitinin tapılması faktı ilə bağlı cinayət işi başlanılıb. Lent.az-ın Səbail rayon Prokurorluğuna istinadən məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 121-ci, yəni ananın yeni doğduğu uşağı doğuşdan dərhal sonra qəsdən öldürməsi maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
Bildirilir ki, Səbail rayonu 20-ci Sahə adlanan ərazidə kirayədə yaşayan Gülnarə Əzimova övladını dünyaya gətirdikdən sonra onu öldürərək zibil qutusuna atıb. G.Əzimova imkanı olmadığı üçün yeni doğulmuş övladını basdıra bilmədiyini deyib.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın