Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Bakıda cinsi azlıqlara qarşı şok əməliyyat – Təhlükəli virus daşıyıcısı olan 100 nəfər saxlanıldı

Bakıda cinsi azlıqlara qarşı şok əməliyyat – Təhlükəli virus daşıyıcısı olan 100 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində gecələr \”fəaliyyət” göstərən cinsi azlıqlara qarşı geniş əməliyyat keçirib.
BakuPost.az-ın əldə etdiyi məlumata görə, milli-mənəvi dəyərlərin qorunması istiqmətindəki tədbirlər çərçivəsində keçirilən reydlər zamanı son bir həftə ərzində 100-ə yaxın cinsi azlıq nümayəndələri saxlanılıb.
Məsələnin daha ilginc tərəfi odur ki, saxlanılan şəxslərin məcburi müayinəsi zamanı həm polisi, həm də həkimləri şoka salacaq faktlar aşkarlanıb. Bəlli olub ki, saxlanılan cinsi azlıq nümayəndələrinin, demək olar, hamısı ən təhlükəli cinsi xəstəliklərə yoluxublar. Aralarında QİÇS-ə yoluxanların olduğunu da bildirilir. İlkin dindirmə zamanı onların bu virusu başqalarına da yoluxdurduğu məlumm olub.
Müalicəsi çətin olan virus daşıyıcılarının zərəsizləşdirilməsi üçün müvafiq addımlar atılıb.
Xəbərə görə, polis cinsi azlıqların istifadə etdiyi mənzilləri, toplanış və əyləncə yerlərini, istifadə etdikləri nəqliyyat vasitələrini, onları himayə edən şəxslərin çevrəsini də müəyyənləşdirərək nəzarətə götürüb.
Bundan əlavə, DİN rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə zidd əməllərin qarşısının alınması üçün sərt tədbirləri davam etdirmək təlimatı verilib.

Həmçinin oxuyun

İbadət, yoxsa casusluq: erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: – Kəlbəcər …

Bir cavab yazın