Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Bakıda camaata 5 günə 1 manat faizlə 20 manat paylayan aparatlar – Yığışdırıldı

Bakıda camaata 5 günə 1 manat faizlə 20 manat paylayan aparatlar – Yığışdırıldı

Bakıda “Azpul” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Azpulmat” özünəxidmət terminalları yığışdırılıb.

Məlumata görə, noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirilib, terminallara blok qoyulub.

Hazırda MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd: Şəhərin bir neçə ərazisində quraşdırılan el arasında “borc aparatı” kimi təqdim edilən aparatlardan insanlar şəxsiyyət vəsiqəsini, barmaq izini aparata daxil etməklə, 20 manat məbləğində borc pul alırdılar. Həmin borc 5 gün ərzində 21 manat şəklində, yəni faizlə qaytarılırdı. Təkrar müraciət zamanı isə 40 manat AZN götürmək mümkün idi/Pravda.az.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …