Çərşənbə , İyul 6 2022
Ana səhifə / Aktual / Bakıda bu küçələrdə də hərəkət məhdudlaşdırılıb – Yarışa görə

Bakıda bu küçələrdə də hərəkət məhdudlaşdırılıb – Yarışa görə

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi “Formula 1”lə bağlı sürücülərə müraciət edib.

İdarədən verilən məlumata görə, “Formula 1” Azərbaycan Qran Prisinə hazırlıq işlərinin davam etməsi ilə bağlı İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələrindən yol avtomobillərin hərəkəti üçün tədbir başa çatanədək məhdudlaşdırılıb.

Bildirilib ki, bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq: “Ona görə də sürücülərdən alternativ yollardan istifadə etmək xahiş olunur. Sürücülərdən və mərkəzə doğru hərəkət edən bütün adekvat vətəndaşlarımızdan yollardakı real vəziyyəti qiymətləndirməyi, şəxsi avtomobillərdən istifadəni maksimum məhdudlaşdırmağı və ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik”.

Həmçinin oxuyun

Sabirabad icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR – Siraqəddin Cabbarovun VAXTI YETİŞİB

Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənovun çətin duruma düşdüyü və vəzifələrindən …