Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bakıda binada yanğın – 10 nəfər təxliyə olundu

Bakıda binada yanğın – 10 nəfər təxliyə olundu

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzildə televizor, kondisioner və dəhlizin tavanı 6 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın