Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bakıda bina uçdu, maşınlar xurd-xəşil oldu – VİDEO

Bakıda bina uçdu, maşınlar xurd-xəşil oldu – VİDEO

Bu gün Bakının Binəqədi rayonunda qaçqınların məskunlaşdığı deyilən və uzun müddətdir qəzalı vəziyyətdə olan bina uçub. Hadisə şahidlərinin redaksiyamıza göndərdiyi foto və videokadrlara əsasən, bir neçə avtomobil binanın dağıntıları altında qalaraq tamamilə yararsız vəziyyətə düşüb.

Bildirilir ki, Binəqədi qəsəbəsinin girəcəyində, “2-ci mədən” ərazisində yerləşən birmərtəbəli bina SOCAR-ın balansında olub və əvvəllər yeməkxana kimi istifadə edilib. Binanın yarısı uçub, hadisə zamanı xəsarət alanların olub-olmadığı hələ məlum deyil. Yaxınlıqda ötən əsrin əvvəllərində neft sənayesi üçün tikilmiş daha bir neçə belə qəzalı binanın olduğu bildirilir. Təfərrüatları çatdıracağıq. Virtualaz.org

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …