Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / Bakıda beynəlxalq toplantı başladı – 800 iştirakçı var + İlham Əliyev iclasda

Bakıda beynəlxalq toplantı başladı – 800 iştirakçı var + İlham Əliyev iclasda

Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı (QH) çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı öz işinə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, iki gün davam edəcək tədbirdə Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkələr və təşkilatlar iştirak edəcək.

Hazırda toplantıya qatılmaq üçün 800-dən artıq iştirakçının Bakıya gəldiyi, tədbiri işıqlandırmaq üçün isə yerli və xarici media nümayəndələri daxil olmaqla 150-dən artıq şəxs akkreditasiyadan keçib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına 120 ölkə daxildir. Həmçinin burada 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur.

***

Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.

2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək, 2019-2022-ci illər ərzində Hərəkata sədrlik edəcək.

Həmçinin oxuyun

PUA-ları Qarabağda dayandırmaq mümkün olmadı – Fransız nəşri

Ermənilərin əlində olan Rusiya hava hücumundan müdafiə sistemləri çoxməqsədli olmalarına baxmayaraq, Qarabağda PUA-ları dayandıra bilmədi. …