Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Aktual / Bakıda bağçada dolab uşağın üzərinə aşdı – VİDEO

Bakıda bağçada dolab uşağın üzərinə aşdı – VİDEO

Binəqədi Gənclər Evinin nəzdində fəaliyyət göstərən məktəbəqədər hazırlıq dərnəyində azyaşlının üzərinə dolab aşıb.

Bu barədə azyaşlının valideyni məlumat verib. Valideyn sözlərinə görə, aprel 1-də Binəqədi Gənclər evində 4 yaşlı Talıblı Hüseyn Orxan oğlu dolaba yaxınlaşanda onun üzərinə düşüb. Nəticədə azyaşlının qolu qırılıb və müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Valideynlərinin verdiyi məlumata görə, Binəqədi Gənclər Evinin rəhbərliyi laqeydlik edərək 4 yaşlı uşağın səhhəti ilə maraqlanmırlar.

Məsələ ilə bağlı Unikal.org-a Binəqədi Gənclər Evinin nəzdində fəaliyyət göstərən məktəbəqədər hazırlıq dərnəyinin metodisti Mahmud Məmmədzadə bildirib ki, məktəbə qədər hazırlıq dərnəyindəki hadisədə xəsarət alanuşağı bu gün kollektiv ziyarət edəcək:

“Bizim müdirimiz ərizəsi ilə işdən çıxıb.Hadisədən bizim kollektiv də çox məyus olub. Bu məsələdən sonra usta ilə danışmışıq gəlib dolabları divara bərkidəcəklər. Hadisəyə gəlincə uşağın valideynləri bizim onu xəstəxanaya aparmaq təklifimizdən imtina ediblər. Uşağın müalicəsini öz üzərlərinə götürdülər. Biz kollektiv olaraq qərara gəlmişik ki, uşaq sağalandan sonra təmənnasız olaraq dərnəkdən istifadə etsin. Buna baxmayaraq bizim əməkdaşlar bu gün uşağın valideynləri ilə əlaqə saxlayıb.”

Həmçinin oxuyun

Poroşenkonun uduzmasına ABŞ-dan inanılmaz seyrçiliyin sirri – Zelenski Qüdsü İsrailin paytaxtı kimi tanıyacağına söz verib(?)

Avropanın ən böyük ölkəsi sayılan Ukrayna yeni dövrə qədəm qoyub. Baş tutan prezident seçkilərində qərbpərəst …