Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bakıda bağ evlərinin kirayə haqqı 3 dəfə artıb -VİDEO

Bakıda bağ evlərinin kirayə haqqı 3 dəfə artıb -VİDEO

Havalarin isinməsi Bakıda bağ evlərinə tələbatı artırıb.

Azinforum.az Xezerxeber.az-a istinadən məlumat verir ki, tələbin artması qiymətlərə də təsirsiz ötüşməyib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, dənizə daha yaxın olan yerlərdə bağ evlərinə daha çox tələb var. Qış aylarında aylıq kirayəsi 300-500 manat olan evlərin qiyməti indi 3 dəfə artıb. Əsas tələb Mərdəkan, Şüvəlan, Pirşağı, Goradil, Fatmeyi, Bilgəh və Novxanıda olan evlərədir. Bu ərazilərdəki bağ evlərinin həyətində meyvə ağaclarının çox olması da qiymətlərə təsir edib.

Bununla yanaşı, bağ evlərinin kirayəsinə tələbin həddindən artıq az olduğu yerlər də var. Bura Nardaran, Ləyiş bağları və Qalanı aid etmək olar. Bu yerlərdə bağ evlərinin qiyməti elə də baha deyil.

Ekspert deyir ki, mayın sonlarına doğru bazarda bağ evlərinə tələb daha da artacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …