Ana səhifə / Aktual / Bakıda avtodayanacağa hücum: 14 maşının şüşəsi sındırıldı – FOTOLAR

Bakıda avtodayanacağa hücum: 14 maşının şüşəsi sındırıldı – FOTOLAR

Bakıda gecə saatlarında 14 maşına hücum edilib.
ANS PRESS xəbər verir ki, hadisə Yasamal rayonu Həsən bəy Zərdabi prospektində baş verib.
Avtomobillərin saxlanıldığı dayanacağa hücum edən şəxs və ya şəxslər qarət məqsədi ilə onların şüşələrini sındırıblar.
Lakin cəmi yalnız 2 avtomobildən 1 ətir və mobil telefon aparılıb.
Məlumata görə, adıçəkilən prospektdəki dayanacaqda saat 21:00-a kimi mühafizə olur. Hadisə isə gecə saatlarında baş verdiyi üçün bunu törədənləri görmək mümkün olmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.

 

Həmçinin oxuyun

“Mədəniyyət Nazirliyindən hələ də xəbər yoxdur” – Cənazəsi həyətdə QALIB

Xəbər verdiyimiz kimi, xalq artisti Arif Quliyev koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Lakin sənətkarın …

Bir cavab yazın