Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Bakıda avtobusda sürücülər arasında dava- Şüşə sındırıldı

Bakıda avtobusda sürücülər arasında dava- Şüşə sındırıldı

Bakıda sərnişin avtobuslarından birində insident baş verib.

 Azinforum.az ”nun lent.az-a istinadən məlumatına görə, Neftçilər prospekti, 2 ünvanının qarşısında 88 saylı xətt üzrə hərəkət edən “Karsan” markalı avtobusun sürücüsü 1985-ci il təvəllüdlü Əsgərov Sərxan Əkbər oğlu ilə digər sürücü 1953-cü il təvəllüdlü Mirzəyev Rasim Muxtar oğlu arasında dava olub. Dava-dalaş zamanı R.Mirzəyev 88 saylı xətt üzrə hərəkət edən avtobusun salonundakı şüşə arakəsməni vurub sındırıb.

Bakı Sərnişin və Yük Daşımalarının Təşkili MMC-dən lent.az-a bildirilib ki, hadisə R.Mirzəyevin idarə etdiyi minik avtomobilinin arxadan avtobusa çırpılmasından sonra baş verib. Qəzadan dərhal sonra avtomobilin sürücüsü ilə avtobus sürücüsü arasında insident baş verib. Artıq həmin avtobus xəttdən kənarlaşdırılıb, sürücünün izahatı alınıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın