Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bakıda aptekə silahlı hücum

Bakıda aptekə silahlı hücum

İyulun 22-də saat 23 radələrində Nəsimi rayonundakı apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul oğurlaması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

“Qafqazinfo” DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum edilmiş Fuad Zeynallı olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …