Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakıda alman uşaq zəhərləndi, Almaniya təcili təyyarə göndərdi

Bakıda alman uşaq zəhərləndi, Almaniya təcili təyyarə göndərdi

Ötən həftə Bakıya turist kimi gələn Almaniyalı ailənin 5 yaşlı övladı kimyəvi məhlul içərək zəhərlənib. Toksikoloji mərkəzə yerləşdirilən uşağın vəziyyəti ilə bağlı həkimlər dəqiq bir söz deməyərək, yalnız 15 saatdan sonra bir şey deyəcəklərini bildiriblər.
Azinforum.az medicina.az-a istinadən bildirir ki, valideynlər təşviş içində Almaniya səfirliyinə müraciət edib, məsələyə sığorta şirkəti də qarışıb. Uşağın müalicəsi və sağ qalıb-qalmayacağı barədə dəqiq cavab bilinmədiyindən Almaniyadan ambulans təyyarə göndərmək qərarına gəlinib. Reaktiv mühərrikli təyyarə 3 saata Bakıya çatıb. Təyyarədə gələn həkim uşağın vəziyyətini və xəstəxanadakı şəraiti görəndən sonra təcili Almaniyaya aparılmaq qərarı verib.
Qeyri-rəsmi məlumata görə, 5 yaşlı vətəndaşının xilas olunması üçün 200 min avroya yaxın vəsait xərclənib. Bİr mənbəyə görə isə bu məbləği sığorta şirkəti qarşılayıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …