Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Bakıda 6 min voltluq transformatorun içinə girən qızla oğlanı tok vurdu

Bakıda 6 min voltluq transformatorun içinə girən qızla oğlanı tok vurdu

Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

APA -nın məlumatına görə, rayonun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın