Şənbə , Yanvar 29 2022
Ana səhifə / Aktual / Bakıda 25 məktəb direktoru işdən çıxarılıb – RƏSMİ

Bakıda 25 məktəb direktoru işdən çıxarılıb – RƏSMİ

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib. Bu barədə İdarədən məlumat verilib. Bildirilib ki, 2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 33 nəfər direktor vəzifəsinə işə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib.117 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müddətli əmək müqaviləsi bağlanıb. Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib. Ümumilikdə 25 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. 2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.

Həmçinin oxuyun

Prokurorluq məktəb direktorunun müəllimədən rüşvət tələb etməsi barədə səs yazısını araşdırır -(YENİLƏNİB)

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs …