Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın barəsindəki hökmdən verilən şikayətinə baxılıb.
APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara
əsasən, V.Panfilova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti)
maddəsi tədbiq edilib və o məhkəmə zalından azadlığa buraxılıb.
İttiham
aktına əsasən, V.Panfilova dörd nəfərə – Nadir Ələkbərov, Nəriman
Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı dələduzluq edib. O,
həmin şəxslərin ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə
ələ keçirməkdə təqsirli bilinir.
V.Panfilovanın
vəkili Əkrəm Həsənov qeyd edir ki, cinayət işi üzrə zərərçəkmişlər
müvəkkilinə həmin pulları 3 faizlə sələm şəklində verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Panfilova 5 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin oxuyun
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO
İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …