Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Bakıda 126 min manatlıq dələduzluqda ittiham olunan qadın azadlığa buraxılıb

Bakıda 126 min manatlıq dələduzluqda ittiham olunan qadın azadlığa buraxılıb

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeriya Panfilovanın barəsindəki hökmdən verilən şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Panfilova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, V.Panfilova dörd nəfərə – Nadir Ələkbərov, Nəriman Camalov, Oksana Bojenok və Diana Pavlovaya qarşı dələduzluq edib. O, həmin şəxslərin ümumilikdə 125 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

V.Panfilovanın vəkili Əkrəm Həsənov qeyd edir ki, cinayət işi üzrə zərərçəkmişlər müvəkkilinə həmin pulları 3 faizlə sələm şəklində verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Panfilova 5 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …