Ana səhifə / Aktual / Bakı-Sumqayıt yolunda təmir işləri başlayır

Bakı-Sumqayıt yolunda təmir işləri başlayır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) iyulun 31-dən avqustun 1-nə keçən gecə hərəkət məhdudlaşdırılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək.

Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna, dairə istiqamətinə yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …