Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Bakı-Sumqayıt yolunda hərəkət mümkünsüz olub

Bakı-Sumqayıt yolunda hərəkət mümkünsüz olub

“Metronun 20 Yanvar stansiyasından Xırdalan dairəsinə olan 3 kilometrlik yolu 3 saatdır gedib qurtara bilmirik. Sürücülərə bu istiqamətə gəlməməyi tövsiyyə edirik”.

Modern.az xəbər verir ki, sosial şəbəkədə sürücülər tərəfindən bu məzmunlu onlarla xəbərdarlıq mesajı yayılıb.

Hazırda bu yolda tıxacda qalan sürücülərin sözlərinə görə, hazırda da Bakı-Sumqayıt yolunda hərəkət mümkünsüz olub.

Saatlardır davam edən tıxaca səbəb isə Bakının Binəqədi rayonu, Biləcəri dairəsi istiqamətində yolun bağlanmasıdır.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, ərazidə təmir işləri Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında işlər həyata keçirilir. Təmirlə bağlı Biləcəri enişindən Biləcəri dairəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …