Neftin alınması üçün tullantılar sobanın içinə yığılır, qapağı möhkəm şəkildə bağlanılır və altı yandırılır. Daha sonra həmin tullantılar buxar halında borulara dolur.

1 saata yaxın çəkən bu prosesdən sonra xüsusi çəndə toplanan nefti götürmək olur.

Bu üsulla 100 kq tullantıdan 75 litrə kimi neft almaq mümkündür.Eyni üsullu işləyən digər avadanlıq isə nefti dizel və benzin yanacağına çevirməyə imkan verir.

Ramin İsmayılov bu üsulla hər iki növ yanacağıda əldə edə bilir. Onun sözlərinə görə bu yanacaqları müxtəlif sahələrdə istifadə etmək olar.

Avadanlıqı hazırlayanın sözlərinə ggörə hətta benzin yanacağınıda süzgəcdən keçirib oktan ədədini öyrəndikdən sonra həttə minik avtomobillərində də istifadə etmək olar. Ramin İsmayılovun əsas istəyi maliyə dəstəyi taparaq bu avadanlıqın daha böyük və təkmil formasını hazırlamaqdır.