Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakı sakini borca görə özünü asdı

Bakı sakini borca görə özünü asdı

Bakının Pirallahı rayonunda bir nəfər borca görə özünü asıb.
Bu barədə virtualaz.org-a Pirallahı Rayon Polis İdarəsindən məlumat veriblər.
Məlumata görə, dünən saat 17:10 radələrində Pirallahı qəsəbəsində 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov intihar edib. O, özünü evin damından məftillə asıb.
İlkin araşdırma zamanı məlum olub ki, Salamovu bu addımı atmağa banklara böyük məbləğdə borcunun olması məcbur edib.
O, borclarını qaytara bilmirmiş. Ölümündən əvvəl Salamov çoxlu miqdarda spirtli içki qəbul edib.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın