Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / Bakı Şəhər İcra Hakimiyyətində yeni qurum yaradıldı

Bakı Şəhər İcra Hakimiyyətində yeni qurum yaradıldı

Baş nazir Novruz Məmmədov Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı qərar imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, qərara əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həmçinin oxuyun

Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?- Açıqlama

2018-ci ildə Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2896,1 min ton və ya əvvəlki illə …