Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Bakı Şəhər Baş Polis İdarəsindən Şirvan sakininin itkin düşməsi xəbərinə münasibət: – “Həqiqəti əks etdirmir”

Bakı Şəhər Baş Polis İdarəsindən Şirvan sakininin itkin düşməsi xəbərinə münasibət: – “Həqiqəti əks etdirmir”

Bakı Şəhər Baş Polis İdarəsi Şirvan sakininin itkin düşməsi xəbərinə münasibət bildirib.

Baş İdarədən Trend-ə verilən məlumata görə, oktyabrın 26-da Şirvan şəhər sakini Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal rayon Polis İdarəsi 28-ci Polis bölməsinə müraciət daxil olub. N.İsmayılın nişanlısı Lamiyə Orucova müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı ilə çıxaraq ünvana çatmayıb.

Daxil olan müraciət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmüş kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis bölməsinə təhvil verilib.

Sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.

Həmçinin oxuyun

“Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa…” – Dövlət başçısı

“Əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid …