Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Bakı polisi Əli Kərimlinin mitinqində təxribatlara imkan verməyəcək

Bakı polisi Əli Kərimlinin mitinqində təxribatlara imkan verməyəcək

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın sentyabrın 23-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.
Virtualaz.org-un məlumatına görə, Baş idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov yerli KİV-ə açıqlamasında bildirib ki, Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edərək onlara xəbərdarlıq etmişik. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar\”.
Qeyd edək ki, Milli Şura sentyabrın 23-də saat 15:00-17:00-dək keçmiş \”Məhsul\” stadionunda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə razılıq verib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın