Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət etdi – Dumanlı hava şəraiti ilə əlaqədar

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət etdi – Dumanlı hava şəraiti ilə əlaqədar

Bakı Nəqliyyat Agentliyi (BNA) dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
BNA-dan  verilən məlumata görə, Agentlik Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir.
Həmçinin piyadalardan xahiş edilir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.
WhatsAppFacebookFacebook MessengerTwitterShare

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …