Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Bakı Mühəndislik Universitetində şairə Nigar Həsənzadə ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetində şairə Nigar Həsənzadə ilə görüş keçirilib

İlk öncə şairə Nigar Həsənzadə haqqında hazırlanmış film nümayiş olundu və qonaq haqqında tədbir iştirakçılarına məlumat verildi. Tədbiri giriş sözü ilə açan universitetin prorektoru Bayram Hüseynzadə Şairə Nigar Həsənzadəni universitetimizdə görməkdən məmnunluğunu bildirdi. Bakı Mühəndislik Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Nigar Həsanzadənin şeirləri tələbələr tərəfindən səsləndirildi.  Şeirlərini İngilscə ilk dəfə olaraq başqa birisdən dinləyən şairə göz yaşlarını saxlaya bilmədi. Nigar Həsənzadə bildirdi ki, “sizin  savadlı  tələbələri gördükdən sonra tələbə olmaq istəyirəm. Tələbələrinizi  İngiltərəyə aparıb orada şeir oxutmaq lazımdır. Qoy ingilislər  görsünlər ki, şeri necə oxuyurlar”.

Bakı Mühəndislik Universitetinin bədii yaradıcılıq şöbəsinin əməkdaşı Vüqar Məmmədov qonaq şairə Nigar Həsənzadənin sözlərinə yazılmış yeni mahnı ifa etdi. Daha sonra Nigar Həsənzadə tələbələrin suallarını cavablandırdı və onlarla sağollaşmağın nə  qədər çətin olduğunu dilə gətirdi.

Sonda Nigar Həsənzadəyə xatirə lövhəsi hədiyyə olundu. Tələbələrlə xatirə şəkili çəkildi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …