Ana səhifə / Aktual / Bakı metrosunda növbəti ajiotaj: qatar tuneldə qaldı

Bakı metrosunda növbəti ajiotaj: qatar tuneldə qaldı

Bakı metrosunda yenə problem yaranıb.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Sahil”dən “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən qatar tuneldə qalıb.

Təxminən 10 dəqiqə fasilədən sonra anons edilərək sərnişinlərin qatarı tərk etməsi istənilib. Bəzi sərnişinlər anonsa riayət etsə də digərləri vaqonları tərk etməyib.

Daha sonra qatar “İçərişəhər” əvəzinə “Sahil” stansiyasına qayıdıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 4 saylı marşrut üzrə hərəkət edən metro qatarı tunelə daxil olarkən texniki nasazlıq yaranıb: “Qatarın birinci vaqonu tuneldə qalıb. Ancaq digər vaqonlar stansiyada olduğu üçün qatardakı sərnişinlər boşaldılıb. Texniki nasazlıq qatarın əyləc sistemində baş verib. Texniki problem aradan qaldırıldıqdan sonra qatar işə salınıb”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın