Cümə axşamı , May 26 2022
Ana səhifə / Aktual / Bakı metrosunda insident – İki qız tunelə düşüb qaçdı

Bakı metrosunda insident – İki qız tunelə düşüb qaçdı

İki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. 

Bu barədə “ Azinforum.az ” – a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub.

Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.

Həmçinin oxuyun

ƏDV-nin 30 faizi qaytarılacaq – Yeni qaydalar təsdiqləndi

“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən …