Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / BAKI MERİYASININ VƏZİFƏLİ ŞƏXSİ XARİCDƏ NƏLƏRƏ SAHİBLƏNMƏYİB Kİ… – Sənədlər yayıldı

BAKI MERİYASININ VƏZİFƏLİ ŞƏXSİ XARİCDƏ NƏLƏRƏ SAHİBLƏNMƏYİB Kİ… – Sənədlər yayıldı

“Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, o, uzun illər Bakı şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin direktoru işləyib. Paytaxtın məişət tullantılarından təmizlənməsi bu müəssisənin xidmət sahəsinə aiddir”.
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazıb.
O, əldə etdiyi  rəsmi sənədləri səhifəsində paylaşaraq, yazıb ki, Verdiyevin barəsində o qədər də geniş məlumat yoxdur: “Amma bir qayda olaraq cənab Verdiyev seçkilərdə YAP-ın namizədlərinin səlahiyyətli nümayəndəsi kimi çıxış edib. İndi də Bakı şəhər İcra Hakimiyyətində çalışdığı deyilir. 
Xırda məmur olsa da 2010-cu ildə Çexiyada 1987-ci il təvəllüdlü oğlu Anar Verdiyevin adına şirkət açıb. Yanlış düşünməyin, Praqanın zibillərini daşımır, şirkət mülklərin, mənzillərin kirayəsi və ticarət sahəsi ilə məşğuldur. 
2010-cu ildə Praqada qeydiyyatdan keçmiş HAS & VER SRO (Həsənov və Verdiyev soyadlarından götürülüb) şirkətinin sənədlərinə görə Anar Verdiyev Ramiz Verdiyevlə eyni ünvanda, Bakının Şamil Əzizbəyov 120 ünvanında qeydiyyatdadır. Şəriki isə Əhməd Həsənov adlı şəxsdir. Şirkəti 2018-ci ildən Verdiyevlərin ailə üzvü Günay Verdiyeva idarə edir.
Ramiz Verdiyevin digər şirkəti isə Bakıdadır. “Şirin Dad” MMC Verdiyev Ramiz Qulam oğlunun adlna qeydiyyatdan keçirilib.
Bu barədə ona görə yazdım ki, real mənzərəni təsəvvür edin”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini yaymağa hazırıq.

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Cavanşır Həsənli adlı şəxsin şəkli.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …