Bazar , Yanvar 17 2021
Ana səhifə / Aktual / Bakı Meriyası bulvarda atəşfəşanlıq təşkil edəcək

Bakı Meriyası bulvarda atəşfəşanlıq təşkil edəcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 31-i saat 00:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bayram şənlikləri münasibətilə Azadlıq meydanında Bakının ən böyük yolkası quraşdırılıb. Eyni zamanda, Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarınin, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 00.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.

Həmçinin oxuyun

Xankəndiyə kimlər qayıdır?

Qarabağa ermənilərin qayıtması prosesi belə görünür ki, yekunlaşır. Rusiya Müdafiə Nazirliyinin yaydığı dünənki məlumata görə, …