Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / “Bakı mənim doğma şəhərimdir” – Fotolar

“Bakı mənim doğma şəhərimdir” – Fotolar

“Mən Bakını sevirəm. Mən hesab edirəm ki, bu, mənim doğma şəhərimdir”.

“Qafqazinfo”nun “Vestnik Kavkaza”ya istinadən məlumatına görə, bu sözlərlə tanınmış sovet aktyoru və rejissoru, “Et Cetera” teatrının bədii rəhbəri Aleksandr Kalyaqin Azərbaycanın paytaxtına olan münasibətini bildirib.

Kalyaqinin sözlərinə görə, bu, təkcə onun Bakıda Azərbaycan kino sənəti klassiklərinin “İstintaq”, “Bağlı qapı”, “Park” və “Özgə ömür” filmlərində çəkilməsi ilə bağlı deyil.

“Mən Bakıya, azərbaycanlılara və onların ölkəsinə vurğunam, bu ölkəni sevirəm. Azərbaycan təravətli, dadlı ölkədir”, – Bakıda sonuncu dəfə 2010-cu ilin ortalarında olduğunu və yenidən bura gəlmək istədiyini qeyd edən aktyor deyib.

Aleksandr Kalyaqin (“İstintaq” filmindən kadr)

Aleksandr Kalyaqin (“Bağlı qapı” filmindən kadr”)

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …