Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakı-İstanbul reysi ilə uçan təyyarə ilk dəfə Ermənistanın hava məkanından keçdi

Bakı-İstanbul reysi ilə uçan təyyarə ilk dəfə Ermənistanın hava məkanından keçdi

Türkiyənin “Turkish Airlines” hava yolları şirkətinin Bakı-İstanbul reysi ilə uçan sərnişin təyyarəsi bir neçə saat əvvəl Ermənistanın hava məkanından keçib. Virtualaz.org xəbər verir ki, bu haqda flightradar.com-a istinadən avia.pro saytı bildirir. Bu da o mənanı verir ki, Ermənistan Türkiyə və Azərbaycana aid mülki təyyarələr üçün öz hava məkanını açıb.

İndiyədək Türkiyə və Azərbaycan sərnişin təyyarələri Gürcüstanın hava məkanından keçirdi, çünki Ermənistan öz hava məkanını bağlamışdı. Bu da təyyarələrin daha uzun məsafə qət etməsi demək idi.

Rəsmi mənbələr hələlik şərh verməsələr də ehtimal olunur ki, Ermənistanın hava məkanını Azərbaycana uçan mülki təyyarələr üçün açması 10 noyabr üçtərəfli razılaşması əsasında baş verir. Həmin razılaşmaya əsasən tərəflər bütün nəqliyyat kommunikasiyalarını qarşılıqlı olaraq açmalıdır. Üçtərəfli razılaşma habelə Qarabağdakı sülhməramlı kontingent üçün yüklər daşıyan  Rusiya hərbi-nəqliyyat təyyarələrinin də Azərbaycanın hava məkanından keçməklə Ermənistana reyslər həyata keçirməsinə imkan verir.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …