Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakı Gənclər Mərkəzinində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı tədbir baş tutub-Video

Bakı Gənclər Mərkəzinində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı tədbir baş tutub-Video

Bakı Gənclər Mərkəzinin və “EMEDİA GROUP” Media təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı tədbir baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.


Tədbirin əvvəlində Bakı Gənclər Mərkəzinin ərsəyə gətirdiyi “Biz Sizdən öyrəndik “adlı video-çarxı nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva qonaqları salamlamış və Ulu Öndər H.Əliyevin gənclərə qayğısından, etimadından danışıb, “Biz sizdən öyrəndik”filminin rejissoru İlkin İmanovu və “Absheron Group” productionu xüsusi diplomla təltif edib.


Daha sonra “EMEDİA GROUP” media təşkilatının rəhbəri Elşən Əliyev çıxış edərək “Əbədiyaşar lider” filminin rejissoru Amil Əlioğlunu xüsusi diplomla təltif edib .
Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Əbədiyaşar lider” filmi nümayiş olunub.
Filmdən sonra “Asiman” rəqs ansamblının Zəfər Rəqs ilə çıxış edib .
Daha sonra Respublika və beynəlxalq müsabiqənin laureatı vokal ifaçısı Turan Səfərli çıxış edib .


Tədbir rəsmi çıxışlarla davam edib. Millət vəkilləri Vüqar İsgəndərov, Elman Nəsirli və Jalə Əhmədova Ulu Öndər Heydər Əliyevin müdrik siyasətindən xalqı və dövlətçiliyə xidmətlərindən danışıb, hər iki filmin ərsəyə gəlməsində əziyyəti keçənlərə təşəkkür ediblər.
Sonra Finlandiyada Azərbaycan Assosasiyasının sədri , Finlandiya Azərbaycanlı Qadınlar cəmiyyətinin rəhbəri Arzu Oqtay çıxış edib.
Daha sonra Azərbaycan ərazi bütövlüyü uğrunda sağlamlığını qurban verən qazilər mükafatlandırılıb.
Tədbir tanınmış müğənni Səlim Abbasovun ifasi ilə yekunlaşıb. Sonda xatirə şəkili çəkilib.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …